Bakı-Qazax qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL 

16:14 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunmasını nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətə əlavə reyslər təyin edib.

Bu barədə hafta.az-a ADY-yə istinadən xəbər verir.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.